5 iyunda Qarabağ Universiteti İncəsənət Fakültəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi dəstəyi ilə “1-ci Qarabağ Səs Konqresi” keçirilib.
Medicina.az xəbər verir ki, konqres, “Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti”, “Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyəti”, “Avropa Foniatrlar İttifaqı”, Türkiyə Cümhruiyyətindən “Kulak, burun, boğaz ve baş boyun cerrahisi derneği”, “Ses, konuşma, yutma bozuklukları derneği”, “Professional Ses Derneği” və “Laringoloji derneği” kimi elmi cəmiyyətlərlə birlikdə keçirilməklə, keçirilməsində məqsəd yerli və xarici mütəxəssislərlə (həkimlər, incəsənət xadimləri) bərabər professional səsin müxtəlif aspektlərini, Azərbaycan musiqisi, muğam və milli vokal üslubunun xüsusiyyətlərini elmi yöndən müzakirə etmək, gələcək elmi araşdırmalar üçün ortaq platforma qurmaqdan ibarət olub.
Tədbiri giriş sözü ilə Qarabağ Universiteti İncəsənət fakültəsinin dekanı DMA Türkər Qasımzadə açmış, fakültənin fəaliyyəti haqda iştirakçılara təqdimat edib.
Qarabağ Universiteti Rektorunun müşaviri Hamiz Mahmudov rektor Şahin Bayramovun salamlarını və təbriklərini konqres iştirakçılarına çatdırmış, konqresin işinə müvəffəqiyyət arzulayıb.
Qarabağ Universiteti Tibb və sağlamlıq elmləri fakültəsi dekan müavini, Qarabağ Universiteti klinikasının baş həkimi dekan Samir Babayevin salamlarını çatdırıb və konqresin işinə müvəffəqiyyət arzulayıb. Sonra Avropa Foniatrlar İttifaqı Prezidenti Professor Dr. Haldun Oğuz öz açılış nitqində bu elmi tədbirin əhəmiyyətini vurğulamaqla bərabər, bütün həmkarları adına Qarabağ Universitetində olmaqdan məmnunluqlarını və sevinclərini qeyd edib.
Bu il keçirilmiş ilk konqresin əsas mövzusu professional səsin müxtəlif aspektləri, ömür boyu sağlam səslə performans, səs-vokal elmində elmi tədqiqat imkanlarına həsr olunub ki, elmi proqram bu problemlərin həllinə həsr olunmuş interaktiv elmi panellə keçirilib.
Sonra isə Qarbağ Universiteti İncəsənət fakültəsi və Türkiyə Cümhuriyyətindən gələn müsafir sənətçilərin konserti ilə davam edib.
Konqresin işində Qarabağ Universitetinin müxtəlif fakültələrininin müəllim-tələbə heyəti iştirak edib, Türkiyə, ABŞ, Azərbaycanın müxtəlif elmi mərkəzlərindən 35 nəfər foniatr, loqoped və sənətçilər elmi proqramda təmsil olunub.