Qaraciyər xəstəliklərini süni intellekt təyin edəcək

  • 2023.04.27 14:34
  • 1129 Baxış
Qaraciyər xəstəliklərini süni intellekt  təyin edəcək
ChatGPT çatbotu tibb tələbələrinə aid bütün sualları cavablandıraraq, tibbi hesabatları dolduraraq uğurla sınaqdan keçirilib.

Cedars-Sinai Tibb Mərkəzinin alimləri ChatGPT-nin sirroz və hətta qaraciyər xərçəngi ilə mübarizədə təsirli olduğunu sübut ediblər.


“Medicina” xəbər verir ki, ChatGPT geniş imkanları ilə tanınır, bir neçə dəqiqə ərzində insan onu maraqlandıran istənilən tibbi suala cavab ala bilər.



Beləliklə, amerikalı alimlər qaraciyər xəstəliklərinin müalicəsi ilə bağlı suallara cavab verərkən, proqramla söhbətin nə qədər dəqiq olduğunu araşdırıb, Məlum olub ki, ChatGPT tibb tələbələrinin bütün suallarını normal cavablandıra bilib.

Tədqiqatçılar süni intelektə beş kateqoriyadan 164 sual verib, cavablar qaraciyər transplantasiyası üzrə müstəqil ekspertlərə təqdim olunaraq yoxlanılıb. ChatGPT müxtəlif kateqoriyalardan 91 sualın təxminən 77%-nə yüksək dəqiqliklə cavab verib. Eləcə də xəstələrə praktik və faydalı məsləhətlər də təqdim edib.


Lakin alimlər əmindir ki, təcrübənin nəticələrinə baxmayaraq, hazırda xəstə ilə peşəkar, canlı həkim arasında ünsiyyəti heç nə əvəz edə bilməz.

Süni intellektlə söhbətin təqdim etdiyi məlumat və ədəbiyyatı başa düşmək üçün kifayət qədər çox vaxt lazımdır, proqramın dili mürəkkəbdir. Həkimlər xəstələrə terapiya üsullarını daha sadə dildə və qısa müddətdə izah edə bilir.


Günay Quluzadə