Qaranlıqda, yoxsa işıqda yatmaq lazımdır? - Həkimdən cavab

  • 2026.01.29 22:16
  • 205 Baxış
Qaranlıqda, yoxsa işıqda yatmaq lazımdır? -  Həkimdən cavab

"Bu yaxınlarda İngiltərədə qaranlıqda və işıqda yatan 90 min nəfəri təqib ediblər. Görüblər ki, işıqda yatan insanlarda az da olsa ürək-damar xəstəlikləri, yəni infarkt, ürək çatışmazlığı, səyirici aritmiya və hətta şəkər xəstəliyi daha çox görülür".

Medicina.az xəbər verir ki, bunu invaziv kardioloq Üzeyir Rəhimov bildirib.



Onun sözlərinə görə, bədənimiz gecə qaranlıqda yatmaq üzrə ayarlanıb:

"Bu müddətdə təzyiqimiz düşür, stress hormonlarımız azalır. Ümumiyyətdə, bizə faydalı olan hormonlarımız gündüz vaxtı meydana gəlir. Buna görə də tibb elmi insanların qaranlıqda yatmağı tövsiyə edir. Gec saatda, günün işıqlı saatlarında yatan insanlarda ürək-damar xəstəliklərinin olma ehtimalı yüksəkdir. Ona görə də vaxtında, qaranlıqda yatmağı tövsiyə edirik".



Aygün
Medicina.az