Türkiyəli mütəxəssis Prof. Dr. Polat Durukan son zamanlar qarın ağrısı və nəfəs darlığı şikayətlərinin artması ilə bağlı mühüm xəbərdarlıqlar edib.
Medicina.az xəbər verir ki, Durukan, bu iki simptomun eyni vaxtda görünməsinin bəzi hallarda həyati təhlükə yarada biləcəyini qeyd edib:
“Təkcə qarın ağrısı ümumi bir simptom ola bilər, lakin nəfəs darlığı ilə birləşdikdə vəziyyət ciddiləşir. Ağciyər emboliyası, ürək tutması, daxili qanaxma, kəskin qarın ağrısı və diafraqma ilə əlaqəli problemlər təcili müdaxilə tələb edən vəziyyətlərdir. Bu simptomları yaşayan şəxslər gecikmədən təcili yardım şöbəsinə müraciət etməlidirlər.
Qəfil və şiddətli qarın ağrısı, nəfəs almaqda çətinlik, sinədə sıxılma, başgicəllənmə, soyuq tərləmə, ürək döyüntüsü, qarın nahiyəsində sərtlik və ya həssaslıq, yaxud bel, çiyin və ya sinəyə yayılan ağrı hallarında təcili yardım çağırmaq lazımdır".
Aygün
Medicina.az