Yeməkdən sonra və ya istənilən vaxt qarında şişkinlik uşaqdan böyüyə hər kəsi narahat edir. İlk növbədə bilməlisiz ki, köp simptomdur, ayrıca xəstəlik deyil.
Medicina.az xəbər verir ki, qastroenteroloq Sergey Vyalov şiddətli şişkinliyi olan insanlar üçün problemdən qurtulmağın beş təsirli yolunu açıqlayıb..
Vyalovun sözlərinə görə, şişkinliyi tez bir zamanda aradan qaldırmaq üçün mədəyə qoyulmuş istilik yastığından(qrelka) istifadə etməyə dəyər. O, həmçinin qeyd etdi ki, mədə-bağırsaq traktında narahatlıq hiss edirsinizsə, qarnınızı saat əqrəbi istiqamətində masaj edə bilərsiniz.
Həkim problemdən qurtulmağın digər təsirli yolu kimi nanə və ya şüyüd, razyana çayını qeyd etdi. Digər üsullar arasında o, "velosiped" hərəkətini, uşaq pozası almağı və ya sol tərəfdə uzanmağı da vurğuladı.
Vyalov şişkinliyin xəstəlik deyil, simptom olduğunu, buna görə də yalnız səbəbi müəyyən edildikdən sonra tamamilə aradan qaldırıla biləcəyini xəbərdar etdi.
O, qidanı parçalayan fermentlərin çatışmazlığını, bağırsaq mikroflorasında balanssızlığı və bağırsaq hərəkətliliyinin yavaşlamasını əsas səbəblər kimi müəyyən etdi.
Aygün Musayeva