Qaz təzyiqini ölçən mobil əlavə yaradıldı

  • 2018.03.10 14:04
  • 13255 Baxış
Qaz təzyiqini ölçən mobil əlavə yaradıldı
ABŞ-ın Miçiqan Universitetinin mütəxəssisləri qan təzyiqini ölçmək üçün mobil əlavə tərtib ediblər.


Medicina.az-ın Dni24.com saytına istinadən məlumatına görə, tərtibatçılar bildirib ki, nəticə əldə etmək üçün istifadəçinin, sadəcə, barmağını smartfonun korpusuna qoyması lazım gələcək.


Mütəxəssislər 3D çap üsulu ilə yaradılmış xüsusi çexol yaradacaqlar ki, orada da əlavə edilmiş optik ötürücü olacaq. Korpusa basdıqda, təzyiqin ölçülməsi prosesi həyata keçiriləcək, onun göstəriciləri isə smartfondakı əlavəyə ötürüləcək.


Artıq mütəxəssislər 30 nəfərin iştirakı ilə təcrübə də keçiriblər. Məlum olub ki, əlavə 90 faiz düzgünlüklə təzyiqi ölçə bilir. Bu araşdırma ABŞ-ın Milli Sağlamlıq İnstitutu tərəfindən maliyyələşdirilir.