Qazlı içkilər bağırsaq xərçəngi yaradır - ŞOK

  • 2021.05.31 17:03
  • 1918 Baxış
Qazlı içkilər bağırsaq xərçəngi yaradır -  ŞOK
ABŞ tibb mütəxəssisləri 100 min insanın sağlamlığı üzərində müşahidələrinin nəticəsində bu qərara gəliblər ki, qazlı şirin içkilər kolon – bağırsaq xərçəngi xəstəliklərini artırır.

Medicina.az xəbər verir ki, müşahidələr 24 il ərzində iştirakçıların vərdiş, qidalanma və sağlamlıq göstəricilərini daim nəzarətdə saxlayıblar.

Analizlər göstərib ki, gündə 2 və daha çox sayda qazlı içki içən qadınlarda bağırsaq xərçəngi 2,3 dəfə artır.

Eləcə də qazlı şirəli içkiləri uşaqlıq və yeniyetməlikdən içmək 40 yaşdan sonra xərçəng olma riskini 32% dəfə yüksəldir.
13-21 yaş arası müntəzəm olaraq qazlı su içənlərdə bağırsaq xərçəngi yarana bilir.

Alimlər bunu onunla izah edir ki, qazlı içkilər bağırsaqda təhlükəli mikroblar yaradır, iltihabı aktivləşdirir, piylənmə yaradır, bağırsaq divarlarını aşılayır.