Uroloq, androloq, onkoloq və tibb elmləri doktoru Mark Qadziyan xəbərdar edib: qazlı içkilər, enerji içkiləri və qablaşdırılmış şirələr beyin üçün təhlükəli ola bilər.
Medicina.az xəbər verir ki, həkimin yazdığına görə, zəhərliliyi ilə tanınan bromlu bitki yağının (qida əlavəsi E443) qazlı içkilərdə olması, sinir pozğunluqlarına və yaddaş itkisinə səbəb ola bilər.
Bunların hamısı adi su, mineral su, bitki çayları, evdə hazırlanmış meyvə içkiləri və şəkərsiz kompotlarla əvəz edilə bilər.
Bromlu bitki yağı (E443) emulqator və stabilizatordur. Qida məhsullarında maddələrin parçalanmasının qarşısını almaq üçün, yüksək turşulu qidalarda köpükləndirici vasitə və yağlarda köpük əleyhinə vasitə kimi istifadə olunur.
Bromlu bitki yağı soya paxlasından və ya dənli bitkilərdən bromla reaksiyaya girərək hazırlanır. Bromlu bitki yağı bir az acı dada və xarakterik ətrə malik olduğundan, marqarin, yağ, qaymaq, dondurma, şirələr və alkoqolsuz içkilərin, xüsusən də sitrus ətirli içkilərin istehsalında geniş istifadə olunur. E443 tərkibli içkilər işığa qoyulduqda adətən bulanıq olur.
Alkoqollu içkilərə gəldikdə isə, onlar bədənə çoxlu miqdarda kalori verir. Bu, çəki artımına və digər xoşagəlməz nəticələrə səbəb ola bilər.
"Fakt budur ki, alkoqolun xüsusiyyətlərindən biri onun yüksək qlisemik indeksidir ki, bu da şəkərdən daha yüksəkdir", - deyə mütəxəssis qeyd edib.
Bundan əlavə, alkoqol ilə birlikdə istehlak edilən kalorilər dərhal qan dövranına daxil olur.
Əgər insan artıq çəki almamaq üçün tortlardan, xəmir xörəklərindən və konfetlərdən çəkinirsə, lakin alkoqola aludə olursa, onun pəhrizi praktik olaraq mənasızdır.
Aygün Musayeva