- Türkiyəli həkimlərdən yeni İDDİAQazı olan uşaqlar gələcəkdə miqren xəstəsi ola bilər

  • 2017.12.25 14:52
  • 23425 Baxış
- Türkiyəli həkimlərdən yeni İDDİA Qazı olan uşaqlar gələcəkdə miqren xəstəsi ola bilər
Şiddətli baş ağrıları kimi bilinən miqren, son zamanlar 6-10 yaşlı uşaqlarda da müşahidə edilir. Ailəsində miqrendən əziyyət çəkən şəxslər və körpəlikdə qazlı olan uşaqlarda risk faizi daha çox yüksəlir.


Medicina.az xəbər verir ki,  alimlər araşdırmalar zamanı bu qənaətə gəliblər.


Hamiləlik zamanı düzgün qidalanmanın  vacibliyini vurğulayan türkiyəli nevroloq Banu Taşçı Fresko uşaqlarda da müşahidə edilən xəstəlik haqqında danışıb:

"Miqren, beyindəki damar və sinir hüceyrələrindəki baş verən dəyişiklər nəticəsində yaranır. Genetik xəstəlikdir.


Ana qarnı, körpəlik və uşaqların yaşadığı ortam, streslər, valideyn-uşaq münasibəti miqrenin ortaya çıxma riskini artırır. Miqrenli uşaqların körpəlik zamanı çox qazlı olduqları məlum olub. Miqrenli uşaqların beyni fərqli çalışır. Bundan əlavə artıq çəkilər də bu xəstəliyi artırır. Bu səbəbdən uşaqların müalicəsində kökəlmə riski nəzarətdə saxlanılmalıdır”.


Həkim həmçinin əlavə edib ki, uşaqlar, zamanında müalicə olunmazsa, bu onlarda diqqət əksikliyinə səbəb olar.

 

Şəhanə Quliyeva