Qəbizlikdən xilas edir, görməni yaxşılaşdırır - Balqabağın bilmədiyiniz faydaları

  • 2018.04.19 10:45
  • 17838 Baxış
Qəbizlikdən xilas edir, görməni yaxşılaşdırır -  Balqabağın bilmədiyiniz faydaları

Bəzilərinin bəyənmədiyi, əksəriyyətin sevərək yediyi balqabağın insan orqanizminə təsiri əvəzsizdir.

 

Medicina.az həm tumu, həm də özü yeyilən bu qidanın faydalarını təqdim edir:




- Bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir - bağırsaqları "yumşaldır", qəbizlikdən xilas edir.




- A vitamini ilə zəngin olduğuna görə görməni yaxşılaşdırır, "toyuq korluğu" zamanı faydalıdır.




- Böyrəklər üçün çox faydalıdır - böyrəkləri təmizləyir, fəaliyyətini yaxşılaşdırır.




- Orqanizmi toksinlərdən, ağır metalların duzlarında və s. ziyanlı maddələrdən təmizləyir.




- Sinir sisteminə çox müsbət təsir edir - sakitləşdirir, stresi azaldır, yaddaşı və diqqəti yaxşılaşdırır, yuxusuzluq zamanı kömək edir.