“Qəbizlik yalnız bağırsağın defekasiyanın gecikməsi demək deyil.” Nəcisin quru və bərk olması, gücənmə və bağırsağın tam boşalmaması hissi də qəbizliyin əsas əlamətləridir.
Medicina.az xəbər verir ki, qəbizliyə az su və lif qəbulu, hərəkətsizlik, defekasiya çağırışını saxlamaq, stress, hormonal və nevroloji pozuntular, anorektal problemlər və bəzi dərmanlar səbəb ola bilər. Buna görə müalicə yalnız işlədici qəbuluna deyil, problemin əsas səbəbinə yönəlməlidir.
İnteqrativ tibb ənənəvi müalicəni düzgün qidalanma, fiziki aktivlik, gündəlik rejim və uyğun tamamlayıcı üsullarla birləşdirir. Məqsəd yalnız simptomu aradan qaldırmaq deyil, bağırsağın normal fəaliyyətini dəstəkləyən amilləri birlikdə qiymətləndirməkdir.
Qəbizlik zamanı əsas addımlar:
Kifayət qədər su içmək;
Lifli qidaları tədricən artırmaq;
Tərəvəz, meyvə və tam taxıllı məhsullara üstünlük vermək;
Quru gavalı, əncir və qaysıdan istifadə etmək;
Gündəlik fiziki aktivliyi artırmaq;
Defekasiya çağırışını gecikdirməmək;
Nizamlı yuxu və tualet rejimi yaratmaq.
Lif qəbulunun artırılması və normal maye qəbulu nəcisin yumşalmasına kömək edə bilər.
İnteqrativ müalicə proqramlarında Nux vomica-Homaccord həzm sistemi motorikası, köp, spazm və dispeptik şikayətlər; Chelidonium-Homaccord isə qaraciyər, öd kisəsi və öd yolları ilə əlaqəli həzm problemləri zamanı istifadə olunur.
Qəbizlik uzun müddət davam edirsə, nəcisdə qan, güclü qarın ağrısı, qusma, səbəbsiz çəki itkisi varsa, həkimə müraciət etmək vacibdir.