Qədim "Aclıq daşları" üzə çıxdı - "Bu yazını görürsənsə, otur ağla"

  • 2022.08.16 15:03
  • 1130 Baxış
Qədim "Aclıq daşları" üzə çıxdı -  "Bu yazını görürsənsə, otur ağla"


Anomal istilər səbəbindən çaylarda suyun azalması nəticəsində çayın Çexiya və Almaniya hissəsindəki el arasında "Aclıq daşları" deyilən qayalar üzə çıxıb.


Bakupost.az xəbər verir ki, orta əsrlərdə daşlar çayda suyun ən təhlükəli həddə çatmasının işarəsi kimi sayılırdı. Əgər su daşları üzə çıxaran səviyyədə azalırdısa, deməli həmin il qıtlıq və aclıq ili olacaq.

Hazırda Elba çayında 1616-cı ildə qoyulmuş nəhəng daş üzə çıxıb. Yerli sakinlər su çəkiləndən sonra daşın üzərinə həkk olunmuş cümləni oxuyublar: "Əgər bunu görsən, otur ağla".


Bu o deməkdir ki, vəziyyət kritik həddədir. Orta əsr Avropa insanı bunu bilirdi. Onlar üçün də bu daşların bu qədər suyun üzünə çıxması təhlikəli işarət idi.