"Qənirə üçün çağırılan təcili yardım çox gec gəlmişdi"

  • 2024.02.02 15:21
  • 1329 Baxış
"Qənirə üçün çağırılan təcili yardım çox gec gəlmişdi"

“Qənirə xanımın ölümünün müəmmalı olması ilə bağlı söylənilən fikirlərin hamısı əfsanədir. Qənirə xanım 3 yığıncaqdan sonra Masazırda yaşadığı evə gedib. Yeməyən, içməyən adam... Orada huşunu itirib. Evi qəsəbənin çox ucqar yerindəydi, gölün yanında. Təcili Tibbi Yardım da çox gec gəlib”.


"Medicina" xəbər verir ki, bunu Modern.az-a müsahibəsində mərhum millət vəkili Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.


“Vaxtında iş görülmədiyi üçün belə oldu. Bundan başqa söylənilənlər əfsanədir.

Mən istərdim ki, sinə daşında “professor və millət vəkili” sözləri yazılsın. Qənirə xanımın böyük qardaşı Hüseynlə bu məsələni danışdım, sinə daşını niyə sadə hazırlandığını soruşdum. Dedi ki, “onsuz da hamı Qənirə xanımın kim olduğunu tanıyır, bilir. Bunların hamısı özümüzün işidir, belə istəmişik”. Görün indi nələr yazır, nələr danışırlar”.