Qəzada qadının üzü ikiyə ayrıldı

  • 30 Sen 2020 15:43
  • 3746 Baxış
Qəzada qadının üzü  ikiyə ayrıldı
Türkiyənin Bursa şəhərində yaşayan Songül Biçimin avtomobil qəzasında üzü tanınmaz hala düşdü.

Medicina.az xəbər verir ki, qəzada Songül Biçimin üzü ikiyə ayrılıb, bütün üz sümükləri qırılıb. 10 saat davam edən əməliyyatda qadının üzü yenidən birləşdirildi. Reanimasiyadan ayılan Biçim tikişlərinin sökülməsindən sonra normal otağa alınıb. Danışmağa və yemək yeməyə başlayan qadın üzünün əvvəlki halına qayıtmasının sevincini yaşadı.

Nəbiyeva Aygün