Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəzzada səhiyyə böhranı - Yaralılar narkozsuz əməliyyat olunur

  • 2023.11.21 16:29
  • 914 Baxış
Qəzzada səhiyyə böhranı  - Yaralılar narkozsuz əməliyyat olunur

Qəzza zolağının səhiyyə sistemi ağır böhran içindədir.

"Medicina" xəbər verir ki, ÜST fövqəladə hallar proqramının direktoru Maykl Rayan bəyan edib.

Qəzzada səhiyyə infrastrukturu tamamilə dağılıb və bunun nəticəsində fələstinlilərin yalnız minimal səhiyyə ehtiyacları ödənilə bilir.


ÜST sözçüsü xəstəxanalarda yanacağın tükəndiyi, su və elektrik enerjisinin olmadığını vurğulayıb

Rayan 24 xəstəxanadan 21-nin fəaliyyət göstərmədiyini, sektorun cənubundakı 11 tibb müəssisəsinin isə yalnız əsas tibbi yardım göstərmək iqtidarında olduğunu deyib.

O, Qəzzada yeganə psixiatriya xəstəxanasının bağlandığını da vurğulayıb.


“Sərhədsiz Həkimlər”: “Tibb işçiləri Qəzzada yaralıları narkozsuz əməliyyat etmək məcburiyyətində qalıblar”