Qida borusu xərçəngi daha çox qaynar suya bağlıdır.
Medicina.az xəbər verir ki, bunu onkoloq Anar Məmmədov deyib.
Onun sözlərinə görə, qida borusu xərçəngi 3 hissədən ibarətdir:
"Bunlara yuxarı, orta və aşağı hissələr daxildir. Yuxarı və orta hissə daha çox qaynar suya bağlıdır. Həmçinin, siqaret, alkoqollu içkilər də bunun əsas səbəbidir. Aşağı hissənin səbəbi isə reflüks xəstəliyidir. Bu xəstəlik hər 2 şəxsdən birində rastlanılır".
Aygün
Medicina.az