Qida borusundakı xərçəngin yaranma səbəbi tapıldı

  • 2018.02.27 16:20
  • 15920 Baxış
Qida borusundakı xərçəngin yaranma səbəbi tapıldı
Xüsusi təhlükəli xərçəngin meydanagəlmə səbəbi müəyyən edildi

ABŞ-ın Arizona ştatı Universitetində olan tədqiqat qrupu qida borusunda müalicəsi çətin olan xərçəngin meydanagəlmə mexanizmini müəyyən edib.


Medicinaşaz Oxu.Az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri Phys.org saytında dərc olunub.


Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, bədxassəli hüceyrələr Baretta sindromunun nüfuz etdiyi qida borusunun patoloji toxumasından inkişaf edir. Nəticədə daha intensiv mutasiyalar müşahidə olunur.


Baretta sindromu zamanı qida borusunun hamar çoxtəbəqəli epiteli silindrik şəkil alır. Hazırda təkcə ABŞ-da bu xəstəlikdən üç milyona yaxın insan əziyyət çəkir və hər il onların təxminən  0,2 faizində adenokarsinoma inkişaf edir. 


Bu formalı xərçəngdən əziyyət çəkən xəstələrin 15 faizindən azı beş il yaşaya bilir. Hələlik hüceyrələrin bədxassəli toxumaya çevrilməsinə hansı mexanizmin təkan verdiyi məlum deyil.


Bioloqlar müəyyən edib ki, silindrik epitelin hüceyrələrində olan genom qeyri-sabitləşir. Patoloji toxumalarda mutasiyalar toplanır, nəticədə hüceyrələr arasında genetik müxtəliflik meydana gəlir.


Xərçəng hüceyrələri idarəolunmaz  artıma yol açan açan "təbii seçmə” formasının nəticəsi hesab olunur.