Qız uşaqları neçə yaşdan sonra epilyasiyaya gedə bilər?

  • 13 İyl 2022 16:31
  • 659 Baxış
Qız uşaqları neçə yaşdan sonra  epilyasiyaya gedə bilər?


Ən çox verilən suallardan biri lazer epilyasiyası ilə bağlıdır. Lazer epilyasiya təhlükəsizdir, çünki, ionizə enerji deyil, həm də dərinin yalnız derma qatına qədər çatır.



Medicina.az xəbər verir ki, bu sözləri uşaq endokrinoloqu Nabat Əlibəyova deyib. Həkim bildirib ki, qızlar və oğlanlar 14 yaşından sonra bu xidmətdən istifadə edə bilərlər.

"Qız və oğlanlar 14 yaşdan etibarən lazer edə bilər. Həmçinin, qızların hormonal stabil və requlyar menstruasiyaların olması arzuolunandır. Polikistoz, adrenal hiperplaziya kimi problemi olan qızlar, endokrinoloq tövsiyyəsi ilə lazerə gedə bilərlər. Lazer təkcə kosmetik prosedur deyil, həm də müalicə vasitəsi hesab olunur.

17 yaşdan sonra lazer daha effektiv olur. Çünki, daha gənc yaşlarda hormonlar dəyişkən olur və tüklərin sürətli artımına səbəb olur.
18 yaşa qədər qızlar yaxşı olar ki, lazerə anaları ilə birlikdə müraciət etsinlər, çünki anaları uşağın keçirdiyi xəstəliklər barədə mütəxəssisə məlumat verir, həmçinin prosedurdan sonrakı qulluğa nəzarət edir.


Yüngül ağrı barədə uşaqlara məlumat verilməlidir. Lazer mütəxəssisi sertifikatlaşmış və təcrübəli olmalıdır. Zob xəstəlikləri lazerə əks göstəriş deyil" , - ekspert qeyd edib. /publika/az/