Alimlər nişastalı qidaların yüksək temperaturda həddindən artıq bişirilməsi nəticəsində əmələ gələn kimyəvi maddə olan akrilamidin DNT-yə zərər verdiyini və xərçəng riskini əhəmiyyətli dərəcədə artırdığı barədə həyəcan təbili çalırlar.
Medicina.az xəbər verir ki, akrilamid bəzi qidalarda yüksək temperaturda bişirmə zamanı yaranan kimyəvi maddədir. Əsasən nişastalı qidalar qızardılarkən və ya çox bişirilərkən əmələ gəlir.
Akrilamid necə yaranır?
Qida 120°C-dən yuxarı temperaturda bişəndə (qızartma, sobada bişirmə və s.) şəkərlər və amin turşusu olan arasında reaksiyadan yaranır.
Hansı qidalarda daha çox olur?
Ən çox bu qidalarda rast gəlinir:
• Kartof qızartması və çipslər
• Çox qızardılmış çörək (tost)
• Biskvit və peçenye
• Qəhvə
• Bəzi taxıl məhsulları
Akrilamidi azaltmaq üçün
• Qidaları çox qaralana qədər qızartmayın
• Kartofu orta qızartma səviyyəsində bişirin
• Çörəyi tünd qəhvəyi deyil, açıq qızılı rəngdə tost edin
• Qızartma yerinə qaynatma və ya buğlama üstün tutun.
Aygün
Medicina.az