Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Qızdırmadan yana-yana, xəstə canımla məclis apardım" - Fatimədən dəhşətli səhv

  • 2022.01.10 14:14
  • 2238 Baxış
"Qızdırmadan yana-yana, xəstə canımla məclis apardım" -  Fatimədən dəhşətli səhv

Rəqqasə Fatimə Fətəliyeva səhhətində problem olmasına baxmayaraq, xına məclisi apardığını etiraf edib.

Medicina.az xəbər verir ki, Fətəliyeva xarici görünüşü ilə bağlı izləyicinin tənqidinə əsəbləşərək, xəstə olduğu üçün belə göründüyünü deyib. Sənətçi özü dünən qızdırmalı halda məclisə getdiyini bilməyərəkdən etiraf edib.

“Dünən xəstə canımla 6 saat məclis aparmışam. Qızdırmalı halda... Video paylaşmışam, heç görün bilinirdi? Görün, Fatimə xəstəyə oxşayırdı? Arzulayıram yarım dəqiqə bunu keçirəcəksiniz. Görün edə bilərsiz?”, - rəqqasə instaqramdakı canlı yayımda deyib.

Fatimənin qızdırmalı halda toya getməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkədə müzakirələrə səbəb olan açıqlamaya istifadəçilər etiraz edib, rəqqasəni xəstəlik yaymaqda ittiham ediblər.

Qeyd edək ki, hazırda ölkədə pandemiya və karantin rejimidir. Qrip və qızdırmalı halda kütləvi yerlərə getmək olmaz. Bu digər insanların həyatını təhlükəyə atır.