Dermatoloq Şövqü Salahov qoltuqaltı qaralmalardan xilas olmağın yollarından danışıb.
Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, qoltuqaltını ülgüclə təmizləmək tövsiyə edilmir:
"Bu dərini qıcıqlandırır, qaralmanı artırır. Hansısa lazer prosedurundan, elektronik tük təmizləyicilərdən istifadə etmək daha məsləhətlidir. İkincisi, dar paltardan uzaq durun. Çünki sürtünmə qaralmanı artırır. Bundan başqa, qoltuqaltı üçün istifadə edilən dezodorantlara fikir verilməlidir. İçərisində alüminium, spirt olmamalıdır. Yüngül pilinqlər də edə bilərsiniz. C vitamini tərkibli rəng açıcılardan da yararlanmaq olar. Əgər qaralma getmirsə, çoxdursa burada hormonal pozuntu ola bilər. Bu zaman həkimə müraciət etmək lazımdır".
Aygün
Medicina.az