Qolaltı, üzü və əlləri hədsiz tərləyənlərin çarəsi var – Kiçik bir əməliyyatla səbəbsiz tərləmə dayandırılır

  • 2018.08.03 16:32
  • 19930 Baxış
Qolaltı, üzü və əlləri hədsiz tərləyənlərin çarəsi var –  Kiçik bir əməliyyatla səbəbsiz tərləmə dayandırılır

Çox insanlar var ki, heç bir xəstəliyi olmayan, çox zaman sinir, əsəb, həyəcan səbəbindən daha çox insanlar arasında, iclasda, tədbirdə, vacib görüşdə birdən-birə tər su aparır. Əllərindən su elə axır ki, hətta qələm tutub yazı yaza bilmir.


Son zamanlar kosmetoloqlar və dermatoloqlar qoltuqaltına botoks vuraraq, tərləməni saxlamağa çalışır. Amma bu da cəmi 1 il təsir edir və botoksu təkrarlamaq lazım gəlir. Botoksu əllərin içinə vurmaq olmur.


Bu cür aşırı tərləyənlər üçün Azərbaycanda edilməyən, lakin Türkiyədə uğurla tətbiq olunan kiçik bir əməliyyat çıxış yoludur. Liv Hospitalın döş qəfəsi üzrə cərrahı professor Cəlaləddin Kocatürk Medicina.az-a bu əməliyyat barədə məlumat verdi:

 



" Bu əməliyyat köksdən laporoskopik daxil olaraq tərləməyə səbəb olan sinirə klips qoymaqdan ibarətdir. Daha çox üz, əllər, qolaltı tərləməsi olanlara bu məsləhətdir. Təkcə hormonal və qalxanabənzər vəzin şişi zamanı tərləyənlərə bu əməliyyat olunmur. Həyəcandan, həmin sinirin həddən artıq aktivliyindən tərləyənlər üçünsə uyğundur. Bu adamlar yatanda, yuxudaykən belə tərləmirlər. 


Bu sinirlər döş qəfəsində onurğa tərəfdə yerləşir. Bir neçə sinir var ki, bölgəsəl olaraq tərləməyə səbəb olur. Həmin sinirlərin səviyyəsinə uyğun tapıb klips yerləşdiririk.


Türkiyədə uzun müddətdir bu əməliyyat dəbdədir. Daha çox üzdə olan insanlar, iş adamları, tərləməsi işinə mane olan insanlar müraciət edir. Əgər Azərbaycanda da üz, əllərin içi və qoltuqaltı aşırı dərəcədə tərləyib qarşısını ala bilməyən pasiyentlər varsa, bu kiçik əməliyyatla xilas ola bilərlər”.

 

 


Aygün Musayeva

Qolaltı, üzü və əlləri hədsiz tərləyənlərin çarəsi var –  Kiçik bir əməliyyatla səbəbsiz tərləmə dayandırılır