Qorunmasız cinsi əlaqədən sonra Hansı analizləri verməli?

  • 2026.05.26 11:23
  • 103 Baxış
Qorunmasız cinsi əlaqədən sonra   Hansı analizləri verməli?

Bir çox insan qorunmasız cinsi əlaqədən sonra heç bir əlamət olmadığı üçün özünü tam sağlam hesab edir. Amma həkimlər xəbərdarlıq edir ki, cinsi yolla keçən bəzi infeksiyalar aylarla, hətta illərlə simptomsuz gedə bilər.

Ən təhlükəlisi isə odur ki, insan özü bilmədən infeksiyanı başqa partnyora ötürə bilər.

Medicina.az xəbər verir ki, əsasən bu infeksiyalar ötürülə və simptomsuz gizli inkişaf edə bilər.


— HİV (SPİD)
— Hepatit B və C
— Sifilis
— Xlamidiya
— Qonoreya
— HPV
— Herpes
— Trixomoniaz

Bəzi insanlarda yalnız yüngül yanma və ya axıntı olur, bəzilərində isə heç bir əlamət olmur.

Qorunmasız münasibətdən sonra hansı analizlər vacibdir?

HİV (SPİD) ANALİZİ

Ən vacib testlərdən biridir. HİV uzun müddət gizli qala bilər.

Müasir testlər:
— 10-14 gündən sonra ilkin nəticə verə bilər
— ən dəqiq nəticə üçün 1-3 ay sonra təkrar analiz tövsiyə olunur

Əlamətlər ola bilər:

— halsızlıq
— limfa düyünlərinin böyüməsi
— temperatur
— boğaz ağrısı
— gecə tərləmələri

Amma çox vaxt heç bir əlamət olmur.

SİFİLİS ANALİZİ

İlk mərhələdə kiçik yara ilə başlayır və insan onu hiss etməyə bilər.

Vaxtında aşkarlanmasa: — sinir sisteminə, — ürəyə, — beyinə zərər verə bilər.

HEPATİT B VƏ C

Bu viruslar qaraciyəri zədələyir və uzun illər gizli gedə bilir.

Risk artır: — qorunmasız əlaqə, — qan təması, — steril olmayan alətlər zamanı.

XLAMİDİYA VƏ QONOREYA

Ən yayılmış cinsi infeksiyalardandır.

Əlamətləri:
— sidikdə yanma
— axıntı
— aşağı qarın ağrısı
— qadınlarda sonsuzluq riski

Bəzən tam simptomsuz keçir.

HPV (İNSAN PAPİLLOMA VİRUSU)

Bəzi növləri uşaqlıq boynu xərçəngi riski yarada bilir.

Qadınlarda:
— PAP smear
— HPV testi vacib hesab olunur.

HERPES ANALİZİ

Bəzən kiçik səpkilər və qaşınma ilə başlayır, amma virus bədəndə qalır.


— Bəzi infeksiyalar üçün 7-14 gün sonra ilkin test mümkündür
— HİV və hepatit üçün müəyyən “pəncərə dövrü” olur
— Həkimlər bəzi analizlərin təkrarını tövsiyə edir

ÖZÜNÜMÜDAFİƏ ÜÇÜN NƏ ETMƏLİ?

— qoruyucu vasitədən istifadə etmək
— təsadüfi əlaqələrdə diqqətli olmaq
— şübhəli halda vaxt itirmədən analiz vermək
— özbaşına antibiotik qəbul etməmək

Əgər:
— yanma, — axıntı, — yara, — qaşınma, — temperatur, — limfa düyünlərində böyümə varsa,
mütləq həkim-infeksionist və ya dermatoveneroloqa müraciət edilməlidir.



Aygün Musayeva