Qorxu filminə baxanda insan beynində nə baş verir? - MARAQLI EKSPERİMENT

  • 2018.10.31 14:07
  • 13982 Baxış
Qorxu filminə baxanda insan beynində nə baş verir? -  MARAQLI EKSPERİMENT
31 oktyabr dünyanın bir çox ölkələrində Hellouin bayramı kimi qeyd olunur. Son illərdə ölkəmizdə də keçirilən bu bayramı əsasən də uşaqlar çox sevirlər. Bayram günü qorxulu kostyumlar geyinərək insanlar küçədə ratlaşdıqları insanları qorxudaraq əylənirlər.


Bəs qorxu insan orqanizminə lazımdırmı? Nə üçün qorxu bəzi insanları cəlb edir? 


Medicina.az-ın xəbərinə görə, Peterburq Universitetindən olan sosioloq Marci Kerr və neyrobioloq Qreq Siql müəyyən ediblər ki, qorxulu filmləri izləyən və kəskin həyəcan yaşayan insanlar bunun davamını istəyirlər və deyəsən səbəb də məhz bundadır. 


Keçirilən eksperiment çərçivəsində 260 könüllü şəhərdən kənarda yerləşən evin zirzəmisində 35 dəqiqə müddətində qorxulu filmlər, şəkillər, hətta xüsusi effektlər və aktyorların iştirakı ilə səhnələrə tamaşa ediblər. İştirakçıların beyinlərində hansı proseslərin getdiyi isə elektroensofalaqrama vasitəsilə öyrənilib. 


Nəticədə "dəhşət evi”nin qonaqlarının çoxu əhvallarının yaxşılaşdığını, şou bitdikdən sonra isə həyəcanın və yorğunluğun azaldığını bildiriblər. 


Analiz nəticəsində müəyyən olunub ki, əhval-ruhiyyəsi artan insanların beyinlərində normal halda müşahidə olunan radioaktivlik kifayət qədər azalıb. 


Beləliklə də araşdırmaçılar müəyyən ediblər ki, idarə oluna bilən davamlı qorxulu vəziyyət insanın psixoemosional vəziyyətini yaxşılaşdırır. 


Əgər siz qorxu filmi seyr etməyi sevmirsinizsə, o zaman bu haldan söhbət gedə bilməz. 


Arzu

Medicina.az