Qripə yoluxmada artım - Professor 5 qızıl qaydanı açıqladı

  • 2025.10.02 21:38
  • 87 Baxış
Qripə yoluxmada artım -  Professor 5 qızıl qaydanı açıqladı

Havaların soyuması ilə qrip və respirator infeksiyalar artır. Xəstəxanalar xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlarla dolu olsa da, mütəxəssislər bu il mövsümi infeksiyaların daha erkən başladığını qeyd edərək ehtiyat tədbirlərinə çağırıblar.

Medicina.az xəbər verir ki, infeksion xəstəliklər mütəxəssisi prof. dr. Mehmet Faruk Geyik qripin yalnız qızdırma və öskürək olmadığını vurğulayıb:

"İmmunitet sistemi zəif olan fərdlərdə sətəlcəm, ürək problemlərinə səbəb ola və xəstəxanaya yerləşdirilə bilər. Bu səbəbdən hər kəs fərdi qoruyucu tədbirlərə diqqət etməlidir".

5 QIZIL QAYDA

Prof.dr.Geyik qrip və tənəffüs yoluxucu xəstəliklərə qarşı alınmalı olan tədbirləri belə sıralayıb:

- Əllər ən azı 20 saniyə sabunla yuyulmalıdır.
- Otaqlar mütəmadi olaraq havalandırılmalıdır.
- Mövsümi meyvə və tərəvəzlər istehlak edilməli, nizamlı yuxu və kifayət qədər su ilə dəstəkləmək lazımdır.
- İnsanların çox olduğu yerlərdə maskalara və sosial məsafə qaydalarına riayət edilməlidir.
- Qızdırma və öskürək bir neçə gündən çox davam edərsə, həkimə müraciət etmək lazımdır.

Qrip peyvəndinin risk qrupları üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayan Geyik, "65 yaşdan yuxarı şəxslər, xroniki xəstəliyi olanlar, hamilə qadınlar, tibb işçiləri mütləq peyvənd etməlidirlər. İmmunitetin formalaşması zaman aldığı üçün peyvəndin vaxtından əvvəl alınması vacibdir. Həm özünüzü, həm də ətrafınızdakıları sadə peyvəndlərlə qoruya bilərsiniz", - deyə bildirib.

Aygün
Medicina.az