Amur bölgəsində quduz siçovul uşağı dişləyib.
Medicina.az xəbər verir ki, Svobodnenski rayonunun Malaya Sazanka kəndində quduz siçovul uşağı dişləyib. Bu barədə regional Baytarlıq İdarəsi məlumat verib.
İdarənin məlumatına görə, cütlük həyətlərində gəmiriciləri zəhərləmək qərarına gəlib. Uşaq yemlənmiş siçovullardan birini tutub, lakin siçovul onu dişləyib, sonra ölüb.
Valideynlər heyvanın cəsədini baytarlıq məntəqəsinə aparıblar və laboratoriya mütəxəssisləri heyvanın quduz olduğunu müəyyən ediblər. Hazırda uşaq lazımi tibbi yardım alır.
Bundan əlavə, Blaqoveşçenski rayonunda quduzluğa yoluxmuş vəhşi tülkünün cəsədi tapılıb. Onu Volkovo kəndi yaxınlığında ov müfəttişi aşkar edib.
Həm təhlükəli xəstəliyin müəyyən edilmiş ocaqlarında dezinfeksiya işləri aparılıb, həm də ev heyvanlarına planlaşdırılmamış peyvəndlər vurulub. Kəndlərdə karantin tətbiq edilib.
Amur vilayəti quduzluq səbəbindən tülkülərin məhv edilməsinə başlayacaq.
Aygün Musayeva