Qulağı pambıq çubuqlarla təmizləməyin nəticəsi - Həkimdən xəbərdarlıq-VİDEO

  • 2025.12.02 21:48
  • 202 Baxış
Qulağı pambıq çubuqlarla təmizləməyin nəticəsi -  Həkimdən xəbərdarlıq-VİDEO

Lor, üz estetik cərrahı Qəhrəman Qəhrəmanov qulağını pambıq çubuqlarla təmizləyənlərə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, bu barədə həkim paylaşımında qeyd edib:

"Qulağından çıxan nəhəng çöküntüləri görəndə hamı bir sual verir: Bu necə yığılıb? Cavab sadədir, pambıq çubuqlarla daimi qurdalamaq. Qulağın içindəki kükürd çirk deyil. O qulağın özünü qoruma mexanizmidir:

Bakteriyaları öldürür Kanalı nəmləndirir
Tozu, mikrobları bayıra çıxarır
Pambıq çubuğu isə bu mexanizmi pozur.
Kükürdü dərinliyə itələyur, bərkiyir, daş kimi olur
Eşitmə zəifləyir
Tıxanıqlıq, uğultu, başgicəllənmə başlayır
Qızartı, infeksiya və antibiotik...

Elə bilirsinizki, təmizləyirsiz amma əslində isə qulağınızş tıxayırsız.

Bəs nə etmək lazımdır?

Qulağın daxilinə heç nə salmamaq
Çöl hissəni sadəcə salfetlə silmək
Tıxanıqlıq varsa, həkimə müraciət etmək
Qurdalamaq vərdişini kəsmək. Bu, qulağa travmadır. Qulaq çox incə orqandır. Onu təmizləməklə yox, qorumaqla sağlam saxlayırsız".


Aygün