Qulaq qanaması bədxassəli şişdən ola bilər

  • 2026.03.16 14:29
  • 121 Baxış
Qulaq qanaması bədxassəli şişdən ola bilər


Qulaqda qanama müxtəlif səbəblərdən olsa da şişləri istina etmək lazımdır.


Medicina.az xəbər verir ki, LOR mütəxəssisi Vladimir Zaytsevin sözlərinə görə, qulaq qanaması hallarının əksəriyyəti travma və ya orta otitin inkişafı ilə əlaqələndirilir.

"Çox vaxt bu, qulaq travması və ya burun mukozasının, nazofarenksin, arxa faringeal divarın, xarici qulağın, xarici eşitmə kanalının iltihabına və həmçinin qulaq pərdəsinin delaminasiyasına səbəb olan xarici bullous otit səbəbindən baş verir.

LOR mütəxəssisi qeyd etdi ki, qulaq pərdəsi üç təbəqədən ibarətdir. Xarici təbəqə orta təbəqədən ayrıldıqda, qabarcıqlar əmələ gəlir və məsələn, iltihabi proses varsa, onlar qanla dolur.

Bu qabarcıqlar partladıqda qanaxma baş verir. Bu qabarcıqlar travma və ya kəllədaxili təzyiq nəticəsində zədələnə bilər. Zədələnmə bədxassəli deyilsə, partlayan qabarcıqlar qulaq pərdəsinə zərər verməyəcək və insanın eşitməsinə təsir göstərməyəcək.

"Daxili qanaxmanın digər bir səbəbi qulaq pərdəsinin bütövlüyü zədələndikdə və şiş prosesidir."

Otolarinqoloq qulaqdan qanaxma qəfil və güclü şəkildə başlayarsa, mümkün qədər tez həkimə müraciət etməyi məsləhət gördü.

Aygün Musayeva