Qulaqda küy və taqqıltının əsas səbəbi

  • 2025.12.18 16:56
  • 105 Baxış
Qulaqda küy və taqqıltının əsas səbəbi



Piylənmə bədəndə yüksək səviyyədə iltihab səbəbindən qulaqda küy, səs riskini artıra bilər.

Medicina.az xəbər verir ki, bu nəticəyə Pakistanın Lahor Baş Xəstəxanasının alimləri gəlib.

Tədqiqatçılar 2015-2018-ci illər üçün ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun məlumatlarından istifadə ediblər. Yekun təhlil 5452 yetkin insanın məlumatlarını əhatə edib. Müayinə edilənlərin 17,2%-də qulaq tıqqıltısı aşkar edilib.

Təhlil göstərib ki, bu vəziyyət daha çox yaşlı yetkinlərdə, kişilərdə, depressiya və piylənmədən əziyyət çəkən könüllülərdə rast gəlinir.

Fərq xüsusilə normal bədən çəkisi olan insanlarla piylənmədən əziyyət çəkənlər arasında nəzərə çarpırdı. Piylənmədən əziyyət çəkən iştirakçılar arasında tinnitus 20,3%, piylənmədən əziyyət çəkməyən şəxslər arasında isə 15% qeydə alınıb.

Müəlliflər qeyd edirlər ki, bu əlaqə bir sıra bioloji mexanizmlərlə izah edilə bilər. Piylənmə tez-tez xroniki iltihaba və damar funksiyasının pozulmasına səbəb olur ki, bu da daxili qulaqda mikrosirkulyasiyanı poza və kokleanın funksiyasına təsir göstərə bilər. Kokleada reseptor kimi fəaliyyət göstərən ixtisaslaşmış saç hüceyrələri var.

Bu orqan səs dalğalarını elektrik siqnallarına çevirir və sonra emal və qavrayış üçün beyinə ötürülür.

İltihabi sitokinlərin istehsalının artması ilə əlaqəli qarın piylənməsi, eləcə də daxili qulağın homeostazını poza bilən metabolik sindrom və insulin müqaviməti də rol oynaya bilər.

Həmçinin, piylənmədən əziyyət çəkən insanların yuxu pozğunluqları ilə daha çox qarşılaşdıqları aşkar edilmişdir. Bu amil stress hormonu səviyyəsinin artmasına və tinnitusun subyektiv qavrayışını artıraraq ümumi rifahı pisləşdirə bilər.


Aygün Musayeva