Qurdları tökən salat RESEPTİ- Bütün ailə üçün

  • 2019.10.16 18:38
  • 140134 Baxış
Qurdları tökən salat RESEPTİ-  Bütün ailə üçün
Heç fikir vermisizmi, insan axşam 8-dən sonra acıyır və bir oturuma nə qədər yemək yeyir. Bu o halda baş verir ki, həmin insanın bədənində çoxlu parazitlər var və gün batan kimi onlar acıyır, vəhşi kimi dadlı, yağlı yemək, şirniyyat tələb edir.


Əgər siz axşam bir neçə dəfə onların tələbinə boyun əysəniz, onlar sizi gecəyarı da yuxudan oyadıb yeməyə məcbur edəcək.

Çıxış yolu var, qurdlara qarşı, onları vurub yıxan, sərxoş edən və tökən xüsusi yüngül salatı axşam və gecə acıyanda yemək.


Bu salatı 1-2 ay yesəniz, qurdlar gecələr acımağı tərgidəcək, zəifləyəcək, aclıqdan orqanizminizi tərk edəcək.


Medicina.az həmin resepti təqdim edir:


Ərzaqlar:


Pomidor -2 ədəd

Xiyar -2 ədəd

Kahı – 2 yarpaq

Qara, qırmızı istiot – zövqə görə

Qırmızı soğan – yarısı

Turp – 1 ədəd

Zəncəfil – 1 sm

Sarımsaq -1 diş

Xardal – bıçağın ucunda

Zeytun yağı – 1 xörək qaşığı


Ərzaqlar doğranılır, bütün ədviyyatlar qatılır, zəncəfil, turp sürtgəcdən keçirilir. 


Mədə yarası, xorası olanlar xardal, istiotu çıxara bilər.