3 gün oruc tutmaqla elə şeylər baş verir ki... – YAPON ALİMİN SENSASİON KƏŞFİ

  • 04 May, 2019
  • 36737 Baxış
3 gün oruc tutmaqla elə şeylər baş verir ki... – YAPON ALİMİN SENSASİON KƏŞFİ
 Ramazan ayı bu dəfə yaz fəslinə təsadüf edir. Orqanizm bu ərəfədə uzun müddət ac qalır. Bu zaman ərzində insanın bədəni yenilənir, bərpa olunur. Nobel mükafatı laureatı, yaponiyalı alim Yoşinori Oşumi isə oruc barədə sensasion açıqlama verib.
 
  Medicina.az-ın xəbərinə görə, orucun orqanizmin sağlamlığına böyük təsiri olduğunu deyən professor deyib ki, İslam dinində xəstəlik təhlükəsini avtomatik olaraq aradan qaldıran bir sağlamlıq proqramı var, bu, orucdur. Orucun faydalarını elmi təsdiqləyən Fiziologiya və Tibb üzrə Nobel mükafatıçısı kəşf edib ki, insan ac qalanda zəif və xəstə hüceyrələrin arasındakı yersiz hissələr yox olur. Həkim bu mexanizmaya "autografiya” adını verib. Y. Oşuminin sözlərinə görə, 3 günlük orucdan sonra orqanizmdə yeni leykositlərin yaranır, immun sistemi tamamilə yenilənir.