Meyvə-tərəvəzlərin üstündəki zəhəri belə təmizləyin – DEZİNFEKSİYA ÜSULLARI

  • 30 Aprel, 2019
  • 18534 Baxış
Meyvə-tərəvəzlərin üstündəki zəhəri belə təmizləyin – DEZİNFEKSİYA ÜSULLARI

Meyvə-tərəvəzlərin yuyulması mətbəxtdə ən çox diqqət edilməli şeylərdəndir. Bəs evdə bu qidaların gigiyenasını necə qoruya bilərik?
 
Medicina.az meyvə-tərəvəzlərin üzərindəki zərərli maddələrin doğru şəkildə təmizlənməsi ilə bağlı məlumatı təqdim edir. 
Əvvəlcə meyvə və tərəvəzləri formalarına görə ayırmaq lazımdır.

Ən çox tətbiq edilən üsul məhz sirkəli sudur. 3 stəkan suya bir stəkan sirkə əlavə edin. Əldə olunan qarışımla meyvə tərəvəzləri rahatlıqla yuya bilərsiniz. Sirkədən başqa bir neçə vasitə də var. Soda, limon, dəniz suyu və digər dezinfeksiya məhlullarından da istifadə oluna bilir.

Limonu sirkə ilə birgə istifadə etsək, daha təsirli olacaq. Belə ki, 3 stəkan suya ½ ədəd limon sıxın. Bu məhlulda meyvə-tərəvəzi yuyuyun.
Dəniz duzu da yaxşı vasitələrdən hesab olunur. Lakin alma, armud kimi meyvələrdə duz təbəqəsi qalır. 

Soda isə meyvə-tərəvəzləri təmizləmək üçün digər üsullardandır. Bir ləyən suyun içinə 2 yemək qaşığı soda əlavə eləməyiniz bəsdir ki, müsbət nəticə əldə edə biləsiniz.

Meşədə bitən meyvələr isə həssas olduğuna görə  sirkə, limon suyu istifadə olunaraq dezinfeksiya edilmir. Bu meyvələri sadəcə suda 2-3 dəqiqə saxlamağınız bəs edir.

Yarpaqları qat-qat olan və yaxud bu tip tərəvəzlərin təmizlənməsi çətin olduğu üçün xüsusi diqqət tələb edir. Ona görə də yarpaqları bir-bir ayırmaq lazımdır. Lakin təmizlənmə zamanı doğramaq lazım deyil. Bunun üçün yarpaqları sirkəli və silon suyu əlavə edilmiş qarışıqda gözlədin. 

Ümumilikdə, meyvə-tərəvəz gigiyenası çox həssas mövzudur. Bu qidaların təmizlənməsində onların formasına diqqət etmək labüddür. Qabığı incə olan qidaları sirkəli suda yumaq olmaz. Meyvə-tərəvəzləri dezinfeksiya etməklə yanaşı, onların qurudulması da önəmlidir. Meyvə tərəvəzləri yuduqdan sonra tənzifin üzərində suyunun çəkilməsini gözləyin. 

Həmçinin, soyuducuda saxlanma qaydası da vacibdir. Meyvə-tərəvəz soyuducunun onlar üçün ayrılmış hissələrində saxlayın. Çünki həmin rəflər qidaların ömrünü uzadır.
 
Ayna Məmmədova