Reanimasiyada olan xəstələrin sayı azalır

  • 14 Sen 2020 21:29
  • 4423 Baxış
Reanimasiyada olan xəstələrin sayı azalır
Azərbaycanda koronavirusla bağlı 14 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Medicina.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 3630 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 1 milyon 13 min 108-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 115, süni tənəffüs cihazında olan xəstə sayı 12 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 38 min 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 1979 nəfərdir.


X