Türkiyədə Elazığda özəl xəstəxanaları hədəf alan əməliyyatda həbs olunanların sayı 23-ə çatıb və reanimasiya şöbəsindən görüntülər qəzəbə səbəb olub. Araşdırmalar bəzi xəstələrin həyat dəstək cihazlarına qoşulmadığını, cihazların isə sanki xəstələr varmış kimi işlədildiyini ortaya çıxarıb.
Medicina.az xəbər verir ki, Elazığda dünən 23 şübhəlinin saxlanıldığı özəl səhiyyə müəssisələrini hədəf alan əməliyyat zamanı özəl bir xəstəxananın reanimasiya şöbəsindəki xəstələrin həyat dəstək cihazlarına qoşulmadığı və bütün cihazların sanki xəstələr varmış kimi işlədiyi ortaya çıxıb.
Elazığ Baş Prokurorluğunun koordinasiyası ilə Elazığ Vilayət Jandarma Komandanlığının Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin qrupları Elazığ Tibb Xəstəxanası, Eyşan Özgü Baxım Mərkəzi və Dünya Dializ Mərkəzində araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, müəssisələr qaydaları pozaraq fəaliyyət göstərir, ictimai zərər vurur və qanunsuz qazanc əldə edir.
Bunun ardınca jandarma qrupları dünən eyni vaxtda əməliyyat başladaraq həkimlər, tibb bacıları, xəstəxana işçiləri və dövlət qulluqçuları da daxil olmaqla 23 şübhəlini saxlayıb. 18 evdə və 3 iş yerində ətraflı axtarışlar aparılıb və bütün sənədlər müsadirə edilib.
Həmçinin, davam edən istintaqın bir hissəsi olaraq, Elazığ Tibb Xəstəxanası və Özəl Şərqi Anadolu Xəstəxanasının Direktorlar Şurasının sədri Op. Dr. Ali Ş. dünən axşam Kırıkkaledə qruplar tərəfindən tutularaq nəzarətə alınıb.
Elazığ Tibb Xəstəxanasının reanimasiya şöbəsində bir işçinin mobil telefonla çəkdiyi görüntülər ortaya çıxıb. Görüntülərdə reanimasiya şöbəsindəki xəstələrin həyat dəstək cihazlarına qoşulmadığı, digər bütün cihazların isə sanki xəstələr oradadırmış kimi işlədildiyi görünür.
Aygün
Medicina.az