Reflü xəstəliyini sağaldan bitkilər - Təbii MÜALİCƏ

  • 2020.02.15 11:46
  • 40119 Baxış
Reflü xəstəliyini sağaldan bitkilər -   Təbii MÜALİCƏ
Mədə asidinin yemək borusuna geri dönməsi olaraq bilinən reflü, dünya üzərində ən çox görünən xəstəliklər arasında ilk sıralarda yer alır.Ağıza acı su gəlməsi ilə bərabər özünü göstərən narahatlıq, müalicə edilmədiyi təqdirdə xərçəng başda olmaqla ciddi problemlərə yol açır. Bu səbəbdən müalicə vacibdir.

Medicina.az xəbər verir ki, reflü üçün bir sıra müalicə üsulları var. Bunlardan biri də bitkilərlə müalicədir. Xəstəlik üçün müsbət təsir edən təbii bitki çayları var. Reflü üçün ən təsirli bitkilər bunlardır:

Çobanyastığı, qara qaraöğat, biyan kökü, gülxətmi,zərdəçal, kök, kərəviz, brokoli

Müsbət müalicəvi təsiri olan bu bitkilərin bəzilərinin hazırlanma qaydasını təqdim edirik:

Çobanyastığı çayı
Bir qədər su götürün qaynadınş Daha sonra suya qurudulmuş çobanyastığıları əıavə edin. 3-4 dəqiqə dəmləndikdən sonra süzərək için. Çayın çiçək olan hissələrini tam süzmək lazımdır.



Qara qarağat çayı
2 stəkan isti suya iki yemək qaşığı qara qarağat qabığı tozu əlavə edin. Qatılaşana qədər qarışdırın və 2-3 dəqiqəyə yaxın dəmə qoyun. Yeməkdən sonra gündə 3 dəfə içə bilərsiniz.

Razyana çayı
1 stəkan yarım su götürüb qaynadın. Daha sonra bir çay qaşığı razyana da əlavə edib, zəif odda qaynadın. Daha sonra süzüb, gündə 2-3 dəfə içə bilərsiniz.

Gül xətmi çayı
Bir litr qaynadılmış suyun içinə bir qədər qurudulmu. gül xətmi çiçəyi yarpaqlarını əlavə edin. 6-7 dəqiqə dəmləməyə qoyun. Əgər istəsən qərənfil və ddarçın da əlavə edə bilərsiniz. Dəm aldıqdan sonra gündə 1-2 dəfə içə bilərsiniz.