Regionlarda və Bakıda koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq

  • 2020.03.05 13:16
  • 1334 Baxış
Regionlarda və Bakıda koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq
"Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Baş İnfeksionist Cəlal İsayev bildirib. Onun sözlərinə görə, bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanacaq: "Xəstəlik aşkar olunan şəxslər olarsa, onlar bu mərkəzlərdə karantinə alınıb müalicə olunacaqlar. Ümumiyyətlə, xəstəliyin kliniki əlamətləri kimdəsə aşkarlansa, onlar istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etməlidirlər". (APA)