Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad edildi - RƏSMİ

  • 2020.01.14 15:37
  • 3146 Baxış
Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad edildi -  RƏSMİ
Səhiyyə Naziri Oqtay Şirəliyevin 14.01.2020-ci il tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.