Revmatizmin formaları, simptomları – Xalq təbabəti ilə müalicə

  • 2019.10.22 15:22
  • 10047 Baxış
Revmatizmin formaları, simptomları –  Xalq təbabəti ilə müalicə

Revmatizm
(kəskin oynaq revmatizmi)
– streptokok infeksiyasının ağırlaşması olub, qızdırma, oynaq
patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə
olunur. Əsasən əhalinin cavan yaşlı hissəsində rast gəlinir. Hər il ABŞ-da
ürəyin revmatik zədələnməsi nəticəsində 50 000 insan dünyasını dəyişir.


 


Medicina.az xəbər verir ki, revmatizm
adətən ilin soyuq vaxtlarında başlayır. Revmatizm epidemik xəstəlik olmasa da
onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya
bilər. Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda,
həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən
streptokok epidemiyalarından sonra birdən meydana çıxır.


Xəstələr revmatizmidən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı,
qızıl yel kimi xəstəliklər keçirdiyini qeyd edir. İnfeksiyaya qarşı immunitet
yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti atakası baş
verir.


Revmatizmin
ilk mərhələsində oynaqlar ətraf toxumaların ödemləşməsi hesabına şişkinləşir.
Növbəti mərhələlərdə isə oynaq boşluğuna süzülən mayenin miqdarı artır..
Revmokarditin ən qorxulu forması endokarditdir, çünki bu zaman klapanları
zədələyən çapıq və deformasiyalar yaranır, klapanlar qısalır və ürək
çatmamazlığı əlamətləri inkişaf edir.


 


 


Revmotizmin
formaları:
-revmokardit (ürək forması) -revmatik poliartrit (oynaq forması) -revmatik xoreya (müqəddəs Vitt rəqsi) -revmatizmin dəri forması -revmatik plevrit


 


 


 


 


 


Revmotizmin
simptomları:
Xəstəlik kəskin şəkildə, keçirilmiş streptokok infeksiyasından təxminən üç
həftə sonra başlanır. Çox vaxt temperatur 40C-dək artır, nəbz sürətlənir,
titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı
olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan
oynaq şişir, qızarır, əllə yoxlamada isti olur, hərəkət zamanı güclü ağrılar
baş verir. Ağrılar uçucu xarakterli olur və bir oynaqdan digərinə keçir.


Əgər
xəstədə sürətli və ya aritmik nəbz, döş qəfəsində ağrılar, ürəyin dilatasiyası
və perikardın sürtünmə küyü müəyyən olunursa, bu artıq ürəyin zədələnməsini
göstərir. Kəskin revmatizmli xəstələrin 95%-də EKQ-də qulaqcıq-mədəcik keçirici
sistemində ləngimə (blokada) qeyd olunur.


Bəzi
hallarda, xüsusən də uşaqlarda revmatizm daha yumşaq, hətta xronik formada keçə
bilər. Belə uşaqlarda yalnız ümumi halsızlıq, taxikardiya və oynaqlarda yüngül
qeyri-spesifik ağrılar olur. Revmatizmin dəri forması (həlqəvi eritema və revmatik
düyünlər), xoreya (hərəki pozuntular) və revmatik plevrit nadir hallarda rast
gəlinir. Ürək zədələnməsinin əlamətləri qeyd olunmadıqda adətən letal nəticələr baş
vermir, əks halda xəstələrin ömrü xeyli qısalmış olur.


 


 


Revmatizmin
müalicəsi:
Revmatizm zamanı uzunmüddətli yataq rejimi mütləq göstərişdir. Ürəkdə aktiv
revmatik proses olduqda fiziki yüklənmə daha çox zədələnməyə səbəb olur.
Prosesin ilkin mərhələlərində antibiotiklər faydalı olur. Sonrakı mərhələlərdə
iltihab əleyhinə müalicə daha effektlidir.


 


 


Revmatizm
zamanı pəhriz:
Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə rəhrizi saxlamaq, daha
sonra isə balanslaşdırılmış qida rejiminə keçmək məsləhət görülür. Xəstənin
qəbul etdiyi qida məhsulları zülallarla və vitaminlərlə, xüsusən də C vitamini
ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar (şəkər, ağ çörək,
kartof), qızardılmış və yağlı yeməklər, ədviyyatlar, çay, qəhvə, alkoqol
məhdudlaşdırılmalıdır. Revmatizm zamanı ilin fəslinə uyğyn olaraq qarpız, təzə
qaragilə meyvələri, bunlardan hazırlanmış dəmləmə (1 stəkan qaynar suya 1-2 çay
qaşığı), bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir.


 


 


Revmatizmdə
xalq təbabəti


 


 


Yovşan
islatması
Bir xörək qaşığı yovşan çiçəkləri termosa tökülür, üzərinə 300 ml qaynar su
əlavə olunur. 2 saat dəmləndikdən sonra süzülür və zədələnmiş oynaqlara islatma
edilir.


 


 


Yonca
vannası
50 qr xırdalanmış çöl yoncasının otu bir litr qaynar suda 2 saat müddətində
dəmlənir. Süzüldükdən sonra xəstə oynaqlara vanna edilir. Belə vannaları gecə
yatmazdan qabaq qəbul etmək məsləhətdir. Müalicə müddəti 12-14 gündür.


 


 


 


 


 


 


Yasəmən
cövhəri
Yarım litrlik bankaya ağzına qədər yasəmən çiçəkləri doldurulur, üzərinə 40%-li
spirt əlavə olunur və 21 gün qaranlıq yerdə saxlanılır. Süzüldükdən sonra gündə
3 dəfə 30 damcıdan yeməkdən əvvəl daxilə qəbul olunur. Müalicə müdəti 3 aydır.


 


 


Tozağacı
yarpaqları və tumurcuqları
Bir xörək qaşığı qurudulmuş tozağacı yarpaqları bir stəkan qaynar suda 6saat
müddətində dəmlənir və süzülür. Dəmləmə gündə 2-3 dəfə 1/2 stəkandan qəbul
olunur.


 


Dazıotu
dəmləməsi
3 xörək qaşığı dazı otu 4 stəkan qaynar suda 2 saat müddətində dəmlənir.
Süzüldükdən sonra gündə 3 dəfə 1/3 stəkandan yeməkdən əvvəl qəbul edilir.
Müalicə müddəti 1-2 aydır.


 


 


 


 


 


Lobya
qınları
20 qr xırdalanmış lobya qınları bir litr qaynar suda 3-4 saat müddətində
qaynadılır, soyudulur və süzülür. Gündə bir dəfə 1/2 stəkandan qəbul edilir.


 


 


Kərəviz
bişirməsi
100 qr kərəviz kökləri ilə birlikdə yarım litr suya tökülür və həcmi bir stəkan
qalana qədər qaynadılır. Süzüldükdən sonra dəmləmə gün ərzində fasilələrlə
içilir. Bu dəmləmə bir neçə gün ərzində ağrıları azalda bilər.


 



Sarımsaq
cövhəri
40 qr xırdalanmış sarımsağın üzərinə 100 ml 40%-li spirt əlavə olunur. Ağzı
bağlanır və 7-10 sutka ərzində otaq temperaturunda qaranlıq yerdə saxlanır. Bu
müddət ərzində arabir çalxalanır. Süzüldükdən sonra gündə 2-3 dəfə 10 damcıdan
yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.


 


 


 

Revmatizmin formaları, simptomları –  Xalq təbabəti ilə müalicə
Revmatizmin formaları, simptomları –  Xalq təbabəti ilə müalicə
Revmatizmin formaları, simptomları –  Xalq təbabəti ilə müalicə
Revmatizmin formaları, simptomları –  Xalq təbabəti ilə müalicə