Reyhanın sağlamlığa 5 bilmədiyiniz faydası – tapıldı

  • 2023.10.18 15:21
  • 4864 Baxış
Reyhanın sağlamlığa 5 bilmədiyiniz faydası  – tapıldı
Reyhan qədimdən süfrələrimizdə var. Alimlər onun sağlamlığa faydasını hər dəfə fərqli cəhətdən sübut edir.

“Medicina” xəbər verir ki, Klivlend klinikasının dietoloqu Cillian Kalbertson italyan, tay və vyetnam mətbəxinin də əsas
ədviyyatı olan reyhanın 5 faydasını açıqlayıb.

1. Reyhan xroniki xəstəliklərdə müalicəyə faydalı ola bilər. Çünki o antibacterial və iltihab əleyhinə təsir edir.

2. Quru reyhan K vitamini ilə zəngindir. O, sümükləri möhkəmləndirir.

3. 24 elmi tədqiqatın nəticələri göstərib ki, reyhan qanda şəkəri salır, immuniteti möhkəmlədir.

4. Reyhan zədələnmiş hüceyrələri çıxarır, sağlam hüceyrələri qoruyur.

5. Hətta xərçəng riskini də azaldır, reyhan antixərçəng təsirə malikdir.

Aygün