Ronaldonun yeni doğulmuş əkizlərindən biri vəfat etdi

  • 2022.04.19 16:55
  • 1512 Baxış
Ronaldonun yeni doğulmuş əkizlərindən biri   vəfat etdi

“Manchester United”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun yeni dünyaya gəlmiş körpəsi vəfat edib.

Medicina.az xəbər verir ki, məşhur futbolçu bu barədə sosial şəbəkədə bildirib.

Ötən oktyabrda Ronaldo əkiz uşaq gözlədiklərini bildirmişdi. Lakin qız yaşasa da, oğlan ölüb.


“Dərin kədər hissi ilə bildirirəm ki, bizim körpəmiz tələf oldu. Bu, bir valideynin keçirə biləcəyi ən böyük kədərdir. Lakin qızımızın dünyaya gəlməsi bizə ümid verir” – deyə məşhur idmançı qeyd edib.