Roza Zərgərlinin keçirdiyi mədə qatlama əməliyyatı nədir? – Dünyada hələ təsdiq olunmayıb

  • 2023.08.03 15:45
  • 3501 Baxış
Roza Zərgərlinin keçirdiyi mədə qatlama əməliyyatı nədir?  – Dünyada hələ təsdiq olunmayıb
Tibbi adı laporoskopik qastrik plikasion olan mədə qatlama əməliyyatı mədə həcmini azaltmağa, mədənin tutumunu kiçiltməyə hesablanmış bir əməliyyatıdır. Bu zaman mədə kəsilmədən sadəcə tikişlərlə kiçildilir, yəni bir hissəsi qısaldılır. Bu zaman mədə tutumu 70% azalır.


“Medicina” xəbər verir ki, əslində mədə kiçiltmə əməliyyatından daha asan, sadə, 40 dəqiqə sürən əməliyyatda mədə toxuması içəri qatlanaraq iki təbəqə tikişlə tikilir.

Bütün obezite əməliyyatlarında olduğu kimi bu əməliyyatın da əks göstərişi, fəsadı və əməliyyat sonrası bərpa dövrü var.

Əməliyyatdan sonra bariatrik dieta saxlanmalıdır. 2-3 həftə yalnız sulu yeməklər yeyilməlidir.

Mədə qatlama Avropa və Amerikada bariatric əməliyyatlar sırasına hələ əlavə olunmayıb, hələ sınaq mərhələsindədir.
Amma Türkiyədə artıq bu əməliyyatı 48 nəfər üzərində tətbiq ediblər.

Əməliyyatdan sonra çəki itkisi 30-50% olur.

Əməliyyatdan sonra ilk görünən problemlər qusma və bulantıdır.

Əgər bu əməliyyat növünə qərar vermisizsə, öncə digər bariatric metodları mütləq müzakirə etməli və çox peşəkar, ən azı 5-10 xəstəyə bu tip əməliyyat edən bariatric cərrahla çalışmalısız.

Texniki baxımdan mədə qatlama əməliyyatı ən çox tüp mədə kiçiltmə əməliyyatına bənzəyir.

Bir fərqi var ki, orda mədənin bir bölümü steplerlə bağlanıb, kəsilir, burda isə mədənin eyni bölümü kəsilib orqanizmdən xaric edilmir, qorunaraq tikişlərlə daraldılır.

Xatırladaq ki, Azərbaycanda bu tip əməliyyat yeni sahədir, 90% hallarda mədə kiçiltmə və mədə balonu tətbiq edilir.
Əməliyyatda ölüm riski1-2% arasıdır.

Müğənni Roza Zərgərlinin keçirdiyi mədə qatlama əməliyyatı isə uğursuz alınıb.

Aygün Musayeva