Rusiya sərhədlərində radiasiyanın səviyyəsi yüksəlib – Səbəb

  • 2020.06.28 17:04
  • 4494 Baxış
Rusiya sərhədlərində radiasiyanın səviyyəsi yüksəlib   –  Səbəb

Rusiya ilə sərhəddə radiaktiv maddələr və radiasiyanın səviyyəsi çox yüksəlib.


Medicina.az xəbər verir ki, bu barədə İsveç, Norveç. Finlandiyanın radiasion monitorinq qrupu məlumat verib.
Norveçli qrup Kolskiy yarımadası ilə sərhəddə Yod 131, çeziy, kobalt, rutin 103 aşkarlayıblar.

Niderland ekspertləri bəyan edib ki, radionukleidlər Rusiyanın qərbindən daxil olub. Alimlər bunun səbəbini Atom Elektrik Stansiyasının istilik buraxma elementinin işində zədələnməsinin olmasında görür.


Rusiyanın Rosqidromet qurumu isə Baltik dənizi ərazisinda radioaktiv hissəciklərin artımının aşkarlanmadığını və AES- işində heç bir qəza, hadisə və sızıntı olmadığını bildirir.