Rusiyada 169 nəfər koronavirusdan öldü

  • 2020.09.26 15:31
  • 1319 Baxış
Rusiyada 169 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxanların sayı 1,14 milyon nəfəri keçib.

Medicina.az bildirir ki, ölkədə son sutka ərzində 7 523 nəfər virusa yoluxub, 169 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 143 571 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 20 225 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 940 150 nəfər virusdan sağalıb, 183 196 nəfərin müalicəsi isə davam edir.