Rusiyada Elmi-Tədqiqat İnstitutunda yanğın -5 nəfər ölüb

  • 21 Apr 2022 17:34
  • 529 Baxış
Rusiyada Elmi-Tədqiqat İnstitutunda yanğın   -5 nəfər ölüb


Rusiyanın Tver şəhərində Hərbi Kosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 5 nəfərə çatıb.


Medicina.az xəbər verir ki, daha 1 nəfərin taleyi barədə məlumat yoxdur.

Hadisə zamanı 25 nəfərin yaralandığı, 60-a qədər insanın təxliyə edildiyi bildirilib.

Vəziyyəti ağır olan yaralılar Tver vilayət mərkəzi klinik xəstəxanasına yerləşdirilib.