Rusiyada həkim bir iynə vurdu, beynimi söndürdü - Erkan Petekkaya

  • 2022.02.18 16:33
  • 2075 Baxış
Rusiyada həkim bir iynə vurdu, beynimi söndürdü -  Erkan Petekkaya
Türkiyəli məşhur aktyor Erkan Petekkaya qatıldığı proqramda sağlamlığı ilə bağlı açıqlamalar verib.

Bakupost.az –ın məlumatına görə, keçmişdə səhvlərinin olduğunu deyən 51 yaşlı aktyor 4-5 il öncə Hindistana getdiyini deyib:

“ 21 gün orada qaldım. Xolestrol, şəkər, təzyiq... Hamısını normaya saldılar”.

Petekkaya alkoqol problemi üçün isə Rusiyada müalicə aldığını açıqlayıb:

"Orada həkim 1 iynə vurdu. “Alkoqolla beynin əlaqəsini kəsəcəyəm. Bu iynədən sonra 24 saat yatacaqsan, bir daha içki istəməyəcəksən” dedi. Mən də razılaşdım. İynədən sonra 24 saat yatdım və oyandığım zaman içki istəmədim. 6 ay belə davam etdim. Amma sonra hər şey dəyişdi. Əvvəllər daha çox içərdim... İndi 3 qurtum içsəm belə heçnə xatırlamıram. İçimdən sanki şeytan çıxır, istəmədiyim şeylər deyirəm. Rusiyadakı o iynə ilə beynimi pozdular”, - deyə əlavə edib.


A. Nəbiyeva