Rusiyada Honq Konq qripinə ilk yoluxma – Yeni pandemiya gəlir?

  • 2023.11.06 15:10
  • 1497 Baxış
Rusiyada Honq Konq qripinə ilk yoluxma  – Yeni pandemiya gəlir?

Rusiyada ötən həftə ilk dəfə olaraq Honq Konq qripinə yoluxma faktı qeydə alınıb.


“Medicina” xəbər verir ki, rəsmi məlumata görə, Tümen şəhərində 3 H3N2 ştammına yoluxma olub.
Bu qrip adını 1968-ci il pandemiyasından götürüb.

Belə ki, ilk dəfə Honq Konqda başlayan qrip dünyaya yayılıb. Statistikaya görə, bu qripdən 3 milyon insan ölüb.

Bu qripdən qorunmaq üçün koviddə olduğu kimi şəxsi müdafiə və gigiyena şərtlərini artırmaq lazımdır.


Honq Konq qripinin əlamətləri:

- 39 dərəcə qızdırma
- Quru öskürək
- Burun tutulması

- Baş əzələ ağrısı
- Halsızlıq
- Iştahsızlıq

Bu qrip miokardit, pnevmoniya, meningit və s. səbəb ola bilər.

1968-70-ci illərdə yayıldığına görə xalqlarda buna qarşı kollektiv immunitet var. Bu ştamm hər 20 ildən bir qayıdır. Bu dəfə miqyasının nə dərəcədə olması naməlumdur.

Aygün Musayeva