Rusiyada koronavirusa yoluxma sayı AÇIQLANDI

  • 2020.08.14 11:34
  • 2508 Baxış
Rusiyada koronavirusa yoluxma sayı  AÇIQLANDI
Rusiyada son bir gündə daha 5 065 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 912 823 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 114 nəfər artaraq 15 498-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 722 964 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 688 nəfər.