Rusiyada koronavirusu bu dərmanlarla - Müalicə edəcəklər

  • 2021.05.07 16:00
  • 2009 Baxış
Rusiyada koronavirusu bu dərmanlarla   - Müalicə edəcəklər


Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı yeni təlimatı açıqlayıb.


Yeni təlimata əsasən, “Hidroksixloroxin” COVID-19 müalicəsi üçün təyin olunan dərmanlar siyahısından çıxarılıb. Bunun əvəzinə bu siyahıya “immunoglobulin” əlavə edilib.

Ondan xəstəxanada müalicə alan xəstələrin müalicəsi üçün istifadə edilməsi tövsiyə olunub.

Ümumilikdə, “Yeni koronavirus infeksiyasının qarşısının alınması, diaqnozu və müalicəsinə dair müvəqqəti təlimat”ın 11-ci nəşrində beş dərman – “Favipiravir”, “Remdesivir”, “İnterferon-alfa”, COVID-19-a qarşı insan immunoglobulini, “Umifenover” dərmanlarının siyahısı verilib.

Eyni zamanda, COVID-19-un qarşısının alınması üçün “KoviVak” və “Sputnik Layt” dərmanları peyvənd siyahısına daxil edilib.