Rusiyada meymun çiçəyinə görə test yaradılır

  • 2022.05.19 15:02
  • 1357 Baxış
Rusiyada meymun çiçəyinə görə test yaradılır


Rusiyanın peyvənd elmi mərkəzi Vektor Avropada aşkar olunan və epidemiya təhlükəli olan meymun çiçəyini aşkar etmək üçün test sistem yaradıb.


Bakupost.az xəbər verir ki, dövlət elmi biotexnologiya mərkəzində meymun çiçəyinə hazırlıq gedir.

Qeyd edək ki, Böyük Britaniyada 3 nəfərdə bu xəstəlik aşkarlanıb.

ÜST hələ ki, xəstəliyin dünyaya yayılma riskini minimal dəyərləndirib.

Lakin Rusiya ehtiyatını tutur. Artıq testlərin laboratoriyada sınaqları keçirilib.

Bu testlər xəstəliyə bənzər qızılca, məxmərək viruslarının çarpaz reaksiyalarını aşkarlamır.

Meymun çiçəyi Rusiya ərazisinə keçməsin deyə Rospotrebnadzor sanitar karantin qaydalarını nəzarətə alıb.

Meymun çiçəyi klassik çiçəklə oxşardır. Bu xəstəlik 1980-ci ildə peyvənd sayəsində yoxa çıxıb.
Bu virusa yoluxmuş meymunlar isə 2 həftə ərzində sağalır, nadir halda ölüm olur.