Rusiyada meymunçiçəyinə yoluxanların sayı artdı

  • 2024.01.23 15:05
  • 761 Baxış
Rusiyada meymunçiçəyinə yoluxanların  sayı artdı
Meymunçiçəyi Rusiyaya keçdi.

“Medicina” xəbər verir ki, Sankt Peterburq şəhərində Çindən qayıtmış 2 kişidə bu xəstəlik aşkarlanıb.

Rospotrebnadzor məlumat verib ki, onlar Honkq-Konqda turistik səfərdə olublar.

Virusoloq professor Anatoliy Alşteyn Rusiya üçün təhlükəli vəziyyət olmayacağını bildirib.

Meymunçiçəyi ötən il alovlanmışdı və dünyada 80 min insan yoluxmuşdu.

ÜST bu barədə əvvəlcə xəbərdar etsə də, sonradan yoluxma kəskin azalaraq itib.

Meymunçiçəyi Afrikada gəmiricilər arasında yayılıb, daha sonra insana keçib.

Aygün